- Offside
- 23:30 04.12.2025
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema öz “xəyallar komandası”nı açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, fransız ulduz 4-3-3 taktikasını seçib və qapıçı olaraq “Bavariya”dan Manuel Noyeri seçib. Müdafiədə Dani Alveş, Serxio Ramos, Pepe və Marselo yer alıb.
Yarımmüdafiədə Benzema Pol Poqba, Ronaldinyo və Zinəddin Zidanı qeyd edib. Hücum xəttində isə Lionel Messi, Kriştiano Ronaldo və Ronaldo yer alır.
Benzema beş dəfə Çempionlar Liqasını qazanıb.
Cari mövsümdə hücumçu 9 oyunda 5 qol vurub. O, karyerasında daha əvvəl “Lion”, “Real Madrid” və Fransa millisində çıxış edib.