5 dekabr 2025. Cümə

"Məşqçilik karyerası mənim üçün deyil"


  • Offside
  • 21:59 18.11.2025
  • Oxunma sayı: 233
"Məşqçilik karyerası mənim üçün deyil"

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema gələcəkdə məşqçilik yoluna çıxmaq perspektivindən danışıb.

90deqiqe.Az-ın "Footmercato"ya istinadən məlumatına görə, fransalı futbolçu bildirib ki, dostları artıq məşqçiliklə məşğuldur, lakin bu seçim asan deyil:

“Bilmirəm. Futbolçu olmaq və məşqçi olmaq tam fərqli şeydir, amma təzyiq eyni qalır.”

Cari mövsümdə Benzema bütün turnirlərdə 9 oyunda iştirak edib və 5 qol vurub. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilədək qüvvədədir. Daha əvvəl fransız ulduz “Lion”, “Real Madrid” və Fransa millisində çıxış edib.







Offside