5 dekabr 2025. Cümə

2025-ci ilin ən yaxşı məşqçisi mükafatına namizədlər açıqlandı - SİYAHI


  • Offside
  • 15:55 19.11.2025
  • Oxunma sayı: 108
2025-ci ilin ən yaxşı məşqçisi mükafatına namizədlər açıqlandı  - SİYAHI

"Globe Soccer Awards" 2025-ci ilin ən yaxşı məşqçisi nominasiyasına namizədləri açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, siyahı qurumun "X" sosial şəbəkəsində dərc edilib.

Namizədlərin siyahısına aşağıdakı məşqçilər daxildir:

Xabi Alonso (“Real”), Mikel Arteta (“Arsenal”), Antonio Konte (“Napoli”), Luis Enrike (PSJ), Hans-Diter Flik (“Barselona”), Eddi Hau (“Nyukasl”), Vensan Kompani (“Bavariya”), Enzo Mareska (“Çelsi”), Roberto Martines (Portuqaliya millisi), Arne Slot (“Liverpul”).

Qeyd edək ki, "Globe Soccer Awards" hər il futbol sahəsində yüksək nəticələr əldə etmiş şəxslərin müxtəlif nominasiyalar üzrə mükafatlandırıldığı beynəlxalq tədbirdir.

Xatırladaq ki, ötən mövsümdə “Ən yaxşı məşqçi” mükafatının sahibi Madrid “Real”ına rəhbərlik edən Karlo Ançelotti olmuşdu.







Offside