25 mart 2026. Çərşənbə

Roder Federer Beynəlxalq Tennis Şöhrət Zalına üzv seçiləcək


  • Offside
  • 17:11 19.11.2025
  • Oxunma sayı: 176
Roder Federer Beynəlxalq Tennis Şöhrət Zalına üzv seçiləcək

20 dəfə “Böyük Dəbilqə” turnirlərini qazanmış və sabiq dünya birincisi isveçrəli tennisçi Roder Federer 2026-cı ildə Beynəlxalq Tennis Şöhrət Zalına daxil ediləcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə məlumat rəsmi sayt tərəfindən verilib.

Səsvermədə o, 2009-cu il ABŞ Açıq qalibi Xuan-Martin del Potro və ikiqat “Böyük Dəbilqə” çempionu Svetlana Kuznetsovu qabaqlayıb.Federer karyerasını 2022-ci ildə başa vurub.

Xatırladaq ki, 2025-ci ildə Tennis Şöhrət Zalına beşqat “Böyük Dəbilqə” çempionu Maria Şarapova daxil edilmişdi. Əvvəlki illərdə rusiyalı tennisçilər Yevgeni Kafelnikov və Marat Safin Beynəlxalq Tennis Şöhrət Zalının üzvləri olmuşdular.







Offside

"Onları yoxlamaq istəyirik"
  • Offside
  • 10:59 24.03.2026
"Onları yoxlamaq istəyirik"