- Offside
- 23:30 04.12.2025
Azərbaycan güləşçiləri VI İslam Həmrəyliyi Oyunlarında daha bir uğura imza atıblar.
90deqiqe.Az-ın məlumatına görə, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarışlarda qadın güləşi üzrə 57 kq çəki dərəcəsində mübarizə aparan Jalə Əliyeva final qarşılaşmasında Türkiyə idmançısı Elvira Süleyman üzərində 6:2 hesablı qələbə qazanaraq çempion tituluna sahib olub.
Günün digər görüşlərində Azərbaycan yığmasının üzvləri də fəxri kürsüdən kənarda qalmayıblar. Yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) gümüş, qadın güləşçisi Elnurə Məmmədova (50 kq) isə bürünc medala layiq görülüb.