- Offside
- 21:59 08.12.2025
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi VI İslam Həmrəyliyi Oyunlarında tarixi uğura imza atıb.
90deqiqe.Az-ın məlumatına görə, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən yarışların finalında komandamız Türkiyə yığması ilə qarşılaşıb və rəqibi 21:13 hesabı ilə məğlub edərək çempionluğa yüksəlib.
Milli komanda həlledici mərhələyə Misir üzərində qazanılan inamlı qələbə ilə adlamışdı — yarımfinal görüşü 22:15 hesabı ilə Azərbaycan yığmasının xeyrinə başa çatmışdı.