5 dekabr 2025. Cümə

Kriştiano Ronaldo ABŞ Prezidenti Donald Tramp ilə görüşüb - FOTO


  • Offside
  • 22:08 19.11.2025
  • Oxunma sayı: 182
Kriştiano Ronaldo ABŞ Prezidenti Donald Tramp ilə görüşüb  - FOTO

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo ABŞ Prezidenti Donald Tramp ilə görüşüb.

90deqiqe.Az-ın məlumatına görə, 40 yaşlı ulduz futbolçu Oval kabinetdə Trampla birlikdə foto çəkdirib.

Futbolçu 2017-ci ildən bəri ilk dəfə ABŞ-a səfər edir. 2009-cu ildə amerikalı Ketrin Mayorqi tərəfindən zorlamada ittiham olunmuş Ronaldunun günahsızlığı 2019-cu ildə prokurorluq tərəfindən təsdiqlənib, 2023-cü ildə isə təkrar məhkəmə iddiası üzrə o tam bəraət alıb.

Ronaldu ABŞ-da Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın şərəfinə keçirilən şam yeməyində xüsusi qonaq olub. 2023-cü ildən “Əl-Nəsr”də çıxış edən ulduz futbolçu karyerasını “Mançester Yunayted” və Madrid “Real”ında parlaq formada qurub və beş dəfə “Qızıl top” mükafatını qazanıb.







Offside