- Offside
- 23:30 04.12.2025
Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo ABŞ Prezidenti Donald Trampın ona verdiyi qonaqpərvərlik üçün təşəkkürünü bildirib.
90deqiqe.Az-ın məlumatına görə, ulduz futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb:
"Hörmətli Prezident, məni və gələcək həyat yoldaşım Corcina ilə göstərdiyiniz isti qonaqpərvərlik üçün təşəkkür edirəm. Hər birimiz öz dəyərli töhfəmizi verə bilərik və mən bunu etməyə hazıram, yeni nəsilləri cəsarət, məsuliyyət və sabit sülh üzərində qurulmuş gələcəyi formalaşdırmağa ilhamlandırmaqla."
Ronaldo 2017-ci ildən sonra ilk dəfə ABŞ-a səfər edir. 2009-cu ildə amerikalı Ketrin Mayorqi tərəfindən irəli sürülən zorlamada ittihamlar 2019-cu ildə prokurorluq tərəfindən əsassız hesab olunub, 2023-cü ildə isə təkrar məhkəmə iddiası üzrə futbolçu tam bəraət alıb.
Əvvəlki məlumatlara görə, Ronaldo ABŞ-da Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın şərəfinə keçirilən şam yeməyində xüsusi qonaqlardan biri olub.
Qeyd edək ki, ulduz futbolçu 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir. Karyerasının ən parlaq dövrünü “Mançester Yunayted” və Madrid “Real”ında keçirən Ronaldu beş dəfə “Qızıl top” mükafatına layiq görülüb.