- Offside
- 23:30 04.12.2025
Altıqat “Böyük Dəbilqə” qalibi və dünyanın bir nömrəli tennisçisi ispan Karlos Alkaras tennis şöhrətinin ən yaxşı və ən pis tərəflərini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "Marca" təcrübəli tennisçinin dediklərini belə çatdırıb.
"Ən yaxşı tərəfi – qapıların açılmasıdır: sevimli idmançılarımla, önəmli şəxslərlə tanış olmaq, başqa cür gedə bilməyəcəyim yerlərə getmək imkanları. Ən pis tərəfi isə sakit olmaqda çətinlik çəkməyimdir. Mən çox sadə və açıq insanam, gəzmək mənim üçün adi bir şeydir, amma tanınmamaq və dayandırılmamaq mümkün olmur. Düşünürəm ki, şöhrətin ən pis tərəfi budur."
2025-ci mövsümdə Alkaras iki “Böyük Dəbilqə” turniri qalibi olub (Roland Qaros və ABŞ Açıq), həmçinin Tokioda, Sinsinnatida, Romada, Rotterdamda, Monte-Karloda və Londonda turnirlərdə qələbə qazanıb.