- Offside
- 23:30 04.12.2025
PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Afrika üzrə ilin ən yaxşı futbolçusu seçilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyası (CAF) "X" sosial şəbəkəsində məlumat yayıb.
Keçən mövsümdə sağ cinah müdafiəçi PSJ ilə Çempionlar Liqasını, Fransa çempionatı, Fransa Kuboku və Superkuboku qazanıb. Həmçinin Hakimi ilə PSJ ABŞ-da keçirilən Klub Dünya Çempionatının finalına yüksəlib. Futbolçu bütün turnirlərdə 55 oyunda iştirak edib, 11 qol vurub və 14 məhsuldar ötürmə edib.
Hazırda Hakimi sol ayaq biləyindən aldığı zədədən bərpa olunur. Zədə Çempionlar Liqasının 4-cü turunda “Bavariya” ilə matçda kolumbiyalı yarımmüdafiəçi Luis Diasın sərt müdaxiləsi nəticəsində baş verib.