5 dekabr 2025. Cümə

Azərbaycan güləşçiləri İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib


  • Offside
  • 14:29 20.11.2025
  • Oxunma sayı: 97
Azərbaycan güləşçiləri İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan güləşçiləri uğurlu nəticələr göstərirlər.

90deqiqe.Az xəbər verir ki, sərbəst güləşdə İslam Bazarqanov (57 kq) və qadın güləşində Ruzanna Məmmədova (62 kq) həlledici görüşə vəsiqə qazanıblar. Yarımfinalda uduzan Əli Rəhimzadə (65 kq) və Nigar Mirzəzadə (68 kq) isə bürünc medal uğrunda mübarizəni davam etdirəcəklər.

Turnirə əvvəlki çıxışlarda da Azərbaycan güləşçiləri fərqləniblər: Jalə Əliyeva (57 kq) qızıl, Həsrət Cəfərov (67 kq) və Murad Əhmədiyev (97 kq) gümüş, Elnurə Məmmədova (50 kq) isə bürünc medal əldə edib.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də yekunlaşacaq.







Offside