- Offside
- 23:30 04.12.2025
Qadın voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının III turu çərçivəsində daha bir matç keçirilib.
90deqiqe.Az-ın məlumatına görə,"DH Volley" komandası "Murov Az Terminal" ilə qarşılaşıb.
Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan qarşılaşmada "DH Volley" 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, turun əvvəlki gün keçirilmiş oyununda UNEC komandası "Azərreyl"i 3:0 hesabı ilə məğlub edib. III tur noyabrın 21-də yekunlaşacaq.