5 dekabr 2025. Cümə

Azərbaycan güləşçiləri İslamiadada günü üç medalla tamamladı


  • Offside
  • 19:48 20.11.2025
  • Oxunma sayı: 72
Azərbaycan güləşçiləri İslamiadada günü üç medalla tamamladı

Azərbaycan güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında günü üç medalla tamamlayıblar.

90deqiqe.Az xəbər verir ki, qadın güləşçi Nigar Mirzəzadə (68 kq) bürünc medal görüşündə rəqiblərini məğlub edərək üçüncü yerə sahib çıxıb.

Finalda uduzan Ruzanna Məmmədova (62 kq) və İslam Bazarqanov (57 kq) isə yarışları gümüş medalla başa vurublar.

Sərbəst güləşçi Əli Rəhimzadə (65 kq) bürünc medal qarşılaşmasında qalib gələ bilməyib.

Beləliklə, millimiz günü iki gümüş və bir bürünc medalla yekunlaşdırıb.







Offside