- Offside
- 23:30 04.12.2025
“Vankuver”in hücumçusu Tomas Müller MLS-dəki gələcəyi ilə bağlı qərarını açıqlayıb.
90deqiqe.Az-ın "Kicker"ə istinadən məlumatına görə, alman futbolçu klubun təklif edəcəyi halda müqaviləni uzatmağa hazır olduğunu deyib.
“Burada istirahət üçün deyiləm. Gəldiyim gündən əsas məqsədim ciddi şəkildə çalışmaq və nəticə göstərməkdir”, — deyə 36 yaşlı forvard vurğulayıb.
Onun müqaviləsinin müddəti 2025-ci ilin sonuna qədərdir.Tomas Müller “Vankuver”in heyətində artıq 10 oyunda 9 qola imza atıb. Bu keçiddən əvvəl o, bütün peşəkar karyerasını “Bavariya”da keçirib.