25 mart 2026. Çərşənbə

Azərbaycan şahmat millisi dünya çempionatında 1/4 finala yüksəlib


  • Offside
  • 22:49 20.11.2025
  • Oxunma sayı: 166
Azərbaycan şahmat millisi dünya çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın qadınlardan ibarət şahmat millisi İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, yığma IV turda İspaniya komandası ilə üz-üzə gəlib və 3,5:0,5 hesabı ilə qalib gəlib. Bu nəticə ilə Azərbaycan 1/4 finala yüksələrək bu raundda Gürcüstanla qarşılaşacaq.

Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı isə İlahə Qədimova olub.

Qeyd edək ki, dünya çempionatı 23 noyabrda başa çatacaq.







Offside

"Onları yoxlamaq istəyirik"
  • Offside
  • 10:59 24.03.2026
"Onları yoxlamaq istəyirik"