3 iyul 2026. Cümə

İslamiada: Azərbaycanın qadınlardan ibarət sablya millisi qızıl medal qazanıb


  • Offside
  • 22:00 20.11.2025
  • Oxunma sayı: 169
İslamiada: Azərbaycanın qadınlardan ibarət sablya millisi qızıl medal qazanıb

Azərbaycanın qadınlardan ibarət sablya millisi Səudiyyə Ərəbsitanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, qılıncoynatma yarışlarının son günündə yarımfinal görüşündə Türkiyə millisinə 45:32 hesabı ilə qalib gələn Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət komanda finala yüksəlib.

Həlledici qarşılaşmada Özbəkistan yığmasını 45:43 hesabı ilə məğlub edən təmsilçilərimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, Xədicə Həsənli, Aynur Quliyeva və Nazilə Rəhimovadan ibarət şpaqa yığması bürünc medal qazanıb.







Offside

"Bu, mənim son Uimbledonum idi"
  • Offside
  • 22:58 02.07.2026
"Bu, mənim son Uimbledonum idi"