5 dekabr 2025. Cümə

Di Mariya "Rosario Sentral"ın çempionluğu ilə bağlı fikirlərini bölüşdü


  • Offside
  • 15:20 21.11.2025
  • Oxunma sayı: 58
Di Mariya "Rosario Sentral"ın çempionluğu ilə bağlı fikirlərini bölüşdü

"Rosario Sentral"ın hücumçu yarımmüdafiəçisi Anxel Di Mariya, komandasının Argentina çempionluğu haqqında fikirlərini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, o, bu barədə sosial şəbəkə hesabında paylaşıb.

"Bu, klubumuz üçün yeni bir ulduzdur. Mən çox sevinirəm. Biz yaxşı işlədik və azarkeşlər də çox sevinclidir",

Di Mariya sözlərini  "Daha çox layiqik" ifadəsi ilə tamamlayıb.

Xatırladaq ki, 37 yaşlı yarımmüdafiəçi bu ilin yayında "Rosario Sentral"a qayıdıb, burada futbolçu kimi böyüyüb. Bu mövsümdə Di Mariya 15 oyunda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.







Offside