- Offside
- 23:30 04.12.2025
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, 1/4 finalda Gürcüstanla qarşılaşan yığma ilk görüşdə 2:2 hesablı heç-heçəyə razılaşıb.
Növbəti dueldə 2,5:1,5 hesablı qələbəyə sevinən təmsilçilərimiz yarımfinala adlayıblar.
Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.
Dünya çempionatı noyabrın 23-də başa çatacaq.