- Offside
- 23:30 04.12.2025
Ulduz hücumçu Kriştiano Ronaldo Portuqaliya millisinin dünya çempionatı–2026-nın seçmə oyunları üçün səfərindən sonra yenidən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun düşərgəsinə qayıdıb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli forvard bu barədə sosial şəbəkə hesabında yazıb:
“Qayıdış”, – deyə 40 yaşlı futbolçunun paylaşımında bildirilib.
Qeyd edək ki, Portuqaliyanın İrlandiyaya 0:2 hesabı ilə uduzduğu görüşdə Ronaldo qırmızı vərəqə almış və buna görə Ermənistan millisi ilə matçı (9:1) buraxmışdı.
Kriştiano cari mövsümdə “Əl-Nəsr”in heyətində 11 oyunda iştirak edib, 10 qol vurub və 2 məhsuldar ötürmə verib.