5 dekabr 2025. Cümə

Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi keçirilib


  • Offside
  • 15:44 22.11.2025
  • Oxunma sayı: 61
Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi keçirilib

Bakı Tennis Akademiyasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin açılış mərasimi təşkil olunub.

90deqiqe.Az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AFFA və Azərbaycan Minifutbol Federasiyasının (AMF) rəhbərliyi, həmçinin müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak ediblər.

Mərasim iştirakçı komandaların meydana çıxışı ilə başlayıb. Ardınca Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazir Fərid Qayıbov çıxışında turnirin artıq dördüncü dəfə təşkil olunduğunu vurğulayaraq bildirib ki, yarış həm idman ənənələrinin inkişafına, həm də dövlət qurumları arasında əməkdaşlığın güclənməsinə töhfə verir:

“Artıq üç qalibimiz olub və onları beynəlxalq turnirlərdə dəstəkləyirik. Bu il də yüksək səviyyədə təşkil olunan, maraqlı mübarizə vəd edən turnirə böyük maraq göstərilir”, – deyə nazir qeyd edib.

AMF-nin icraçı vitse-prezidenti Taleh Nəsibov isə minifutbolun ölkədə sürətlə inkişaf etdiyini, bu turnirin isə artıq ənənələşdiyini bildirib.

Açılış mərasimi bədii hissə ilə davam edib. Daha sonra turnirin ilk oyununun başlanacağı elan olunub.

Qeyd edək ki, yarış 2026-cı ilin mayında başa çatacaq.







Offside