5 dekabr 2025. Cümə

“Bu turnirlər Azərbaycanda minifutbolun inkişafına ciddi təkan verir”


  • Offside
  • 16:11 22.11.2025
  • Oxunma sayı: 76
“Bu turnirlər Azərbaycanda minifutbolun inkişafına ciddi təkan verir”

Bu cür turnirlər Azərbaycanda minifutbolun inkişafına müsbət təsir göstərir.

90deqiqe.Az-ın məlumatına görə, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yarış həm komanda ruhunu gücləndirir, həm də iştirakçı qurumlar arasında sağlam rəqabət yaradır:

“Bu turnir oyunçular arasında kollektivlik hissini artırır. Bununla yanaşı, ölkəmizdə müxtəlif yarışların təşkili komandalar üçün əlavə motivasiya yaradır. İldən-ilə belə turnirlərin sayı artır və federasiya olaraq biz bu prosesi dəstəkləməkdə davam edirik”, – Nəsibov bildirib.

Qeyd edək ki, turnirdə 45 komanda iştirak edir. Yarış 2026-cı ilin mayında başa çatacaq.







Offside