14 dekabr 2025. Bazar günü

İspaniya Davis Kuboku finalına yüksəldi


  • Offside
  • 23:18 22.11.2025
  • Oxunma sayı: 82
İspaniya Davis Kuboku finalına yüksəldi

Davis Kubokunun 2025-ci il mövsümündə İspaniya millisinin tennisçiləri Marsel Qranolyers və Pedro Martines-Porterro finala vəsiqə qazanıblar.

90deqiqe.Az-ın məlumatına görə, yarıfinalın cütlük qarşılaşmasında onlar Almaniyanın Kevin Kravits və Tim Pütsini 6:2, 3:6, 6:3 hesabı ilə məğlub ediblər. Ümumi nəticə: İspaniya 2-1 Almaniyanı üstələyib.

Görüş 1 saat 47 dəqiqə davam edib. 

Finalda İspaniya İtaliya komandası ilə üz-üzə gələcək. Komandanın bir nömrəli tennisçisi Karlos Alkaras zədəsi səbəbindən turnirdə iştirak etmir.







Offside