14 dekabr 2025. Bazar günü

Karlos Alkaras İspaniya komandasını final öncəsi dəstəklədi


  • Offside
  • 15:12 23.11.2025
  • Oxunma sayı: 92
Karlos Alkaras İspaniya komandasını final öncəsi dəstəklədi

Altı dəfə “Böyük Dəbilqə” qalibi, dünya birincisi ispaniyalı tennisçi Karlos Alkaras 2025-ci il Davis Kubokunun final matçında İspaniya yığmasına dəstək verib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli tennisçi bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb.

“İrəli! Böyük gün! Kubok üçün gedirik”, – deyə Alkaras qeyd edib.

 Final görüşündə ispaniyalılar İtaliya yığması ilə üz-üzə gələcək. Alkaras zədəsi səbəbindən komandada iştirak etmir.

Qeyd edək ki, İtaliya yığması da komandasını tam heyətlə təqdim edə bilmir – dörd dəfə “Böyük Dəbilqə” qalibi, dünya ikincisi Yannik Sinner final matçında iştirak edə bilməyəcək.

Hazırda Davis Kubokunun çempionu olan İtaliya komandası 2023 və 2024-cü illərdə titul qazanıb və ardıcıl iki il bu uğuru təkrarlayıb.







Offside