5 dekabr 2025. Cümə

Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub


  • Offside
  • 21:24 23.11.2025
  • Oxunma sayı: 110
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub

İspaniyada keçirilən qadın şahmatçılardan ibarət komandalar arasında dünya çempionatına yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, mötəbər yarışın finalında Azərbaycan və FIDE komandaları qarşılaşıb. Hər iki görüşdə FIDE komandası üstün olub (3:1;2,5:1,5).

Beləliklə Azərbaycan komandası tarixində ilk dəfə dünya çempionatında ikinci yeri tutub.

Birinci lövhədə çıxış edən Avropa çempionu Ülviyyə Fətəliyeva 10 partiyada 6 xal toplamaqla bütün şahmatçıları qabaqlayaraq qızıl medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan komandasında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva iştirak edib. Kapitan İlahə Qədimova, məşqçilər Nicat Abasov və Qədir Hüseynov olub.







Offside