5 dekabr 2025. Cümə

İtaliya tennis millisi ardıcıl üçüncü dəfə Devis Kubokunun qalibi oldu


  • Offside
  • 23:19 23.11.2025
  • Oxunma sayı: 148
İtaliya tennis millisi ardıcıl üçüncü dəfə Devis Kubokunun qalibi oldu

İtaliya kişi tennis millisi Devis Kubokunda tarix yazıb.

90deqiqe.Az-ın məlumatına görə, bu gün keçirilən finalda Apennin təmsilçiləri İspaniya yığmasını 2:0 hesabı ilə məğlub edərək ardıcıl üçüncü dəfə turnirin qalibi olublar.

İlk görüşdə Matteo Berrettini Pablo Karenyo-Bustaya 6:3, 6:4 hesabı ilə qalib gəlib. Daha sonra Flavio Kobolli gərgin mübarizədə Xaume Munarı 1:6, 7:6 (7:5), 7:5 hesabı ilə məğlub edib.

Qeyd edək ki, İtaliya millisi 2023 və 2024-cü illərdə də Devis Kubokunun qalibi olmuşdu. 2023-də finalda Avstraliya, 2024-də isə Niderland komandası 2:0 hesabı ilə məğlub edilmişdi.

Həmin mövsümlərdə komandanın əsas liderlərindən biri “Böyük Dəbilqə”nin dördqat qalibi, dünyanın ikinci raketkası Yannik Sinner idi. 2025-ci ildə isə Sinner final mərhələsində çıxış etməmək qərarı verib.







Offside