- Offside
- 23:30 04.12.2025
AFFA-nın futzal üzrə baş inzibatçısı Fərrux Hüseynzadə UEFA-dan təyinat alıb.
90deqiqe.Az xəbər verir ki, o, Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün Afinada AEK (Yunanıstan) və “Sportinq” (Portuqaliya) komandaları arasında keçiriləcək ilk oyunun UEFA nümayəndəsi olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu, F. Hüseynzadənin ilk təyinatıdır.
Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda “Araz-Naxçıvan” – “Benfika” görüşünün güclüsü ilə üz-üzə gələcək.