5 dekabr 2025. Cümə

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb


  • Offside
  • 11:51 24.11.2025
  • Oxunma sayı: 114
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fikrət Axundov Avropa Voleybol Konfederasiyasından (CEV) yeni təyinat alıb.

90deqiqe.Az-ın məlumatına görə, o, qadın voleybolçuların Çelenc Kubokunda Yunanıstanın “Panionios” və Rumıniyanın “Korona Brasov” komandaları arasında keçiriləcək görüşün baş hakimi olacaq.

Matçda ikinci hakim funksiyasını isə makedoniyalı Vlatka Ristovski yerinə yetirəcək.

Qeyd edək ki, oyun noyabrın 25-də Yunanıstanda keçiriləcək.







Offside