- Offside
- 17:55 19.01.2026
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları təyinat alıblar.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli referilər Avropa Liqasının qrup mərhələsində Xorvatiyanın "MRK Sesvete" və Şimali Makedoniyanın "Vardar" komandalarının görüşünü idarə edəcəklər.
Qeyd edək ki, noyabrın 25-də Zaqreb şəhərində təşkil ediləcək qarşılaşmanın EHF nümayəndəsi kosovolu Eşrəf Beqiri olacaq.