- Offside
- 17:55 19.01.2026
Yeniyetmə və gənc voleybolçulardan ibarət Azərbaycan millisinin meneceri Yelena Parxomenko Avropa Voleybol Konfederasiyasından (CEV) ilk dəfə beynəlxalq yarışa təyinat alıb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis qadın voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final mərhələsinin oyununda supervayzer funksiyasını yerinə yetirəcək.
Y. Parxomenko noyabrın 27-də İstanbulda baş tutacaq "THY İstanbul" – "Avarka Menorka" qarşılaşmasında hakimlərin işini qiymətləndirəcək.