- Offside
- 23:30 04.12.2025
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının IV turu başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, turun son oyunu Tovuzda keçirilib.
“Turan” Tovuz Olimpiya Kompleksində qəbul etdiyi “DH Volley” üzərində 3:1 (25:13, 20:25, 25:17, 25:23) hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında “Milli Aviasiya Akademiyası” “Azərreyl”i 3:2, UNEC isə “Murov Az Terminal”ı 3:1 hesabı ilə məğlub etmişdi.