5 dekabr 2025. Cümə

“Araz-Naxçıvan” “Lənkəran”ı darmadağın etdi


  • Offside
  • 17:47 27.11.2025
  • Oxunma sayı: 206
“Araz-Naxçıvan” “Lənkəran”ı darmadağın etdi

Futzal üzrə Yüksək Liqada VIII turun görüşləri keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, turun açılış matçında “Baku Fire” U-19 üzərində 6:4 hesablı qələbə əldə edib.

Ardınca qrupun favoritlərindən “Neftçi” İK asanlıqla “Şuşa”nı 12:3 hesabı ilə məğlub edib.

Günün ən məhsuldar qarşılaşması “Araz-Naxçıvan” – “Lənkəran” duelində qeydə alınıb. Mövsümün əsas iddialılarından olan naxçıvanlılar rəqibini 21:3 hesabı ilə üstələyib.

Xal durumu:
“Neftçi” İK – 22 xal, “Araz-Naxçıvan” – 19 xal, “Baku Fire” – 17 xal, “Şuşa” – 9 xal, U-19 – 3 xal, “Lənkəran” – 0 xal.







Offside