5 dekabr 2025. Cümə

30-cu Bakı çempionatı bədii gimnastikada start götürdü


  • Offside
  • 12:35 28.11.2025
  • Oxunma sayı: 81
30-cu Bakı çempionatı bədii gimnastikada start götürdü

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 30-cu Bakı çempionatına start verilib.

90deqiqe.Az-ın məlumatına görə, turnirdə paytaxtın 6 idman klubunu təmsil edən 130-a yaxın gimnast mübarizə aparır.

İştirakçılar balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında top, lent, gürzlər və halqa ilə proqramlarda çıxış edirlər. Yarış boyunca gimnastlar fərdi bacarıqlarını nümayiş etdirərək finala və medal uğrunda mübarizəyə vəsiqə qazanmağa çalışacaqlar.

Çempionatın ilk qalibləri noyabrın 29-da müəyyənləşəcək, yarışa isə noyabrın 30-da yekun vurulacaq.







Offside