- Offside
- 23:30 04.12.2025
“Sport Resifi” ilə Braziliya A Seriyasının 36-cı tur matçının (3:0) fasiləsində “Santos”un hücumçusu Neymar öz zədəsi haqqında danışıb və niyə oyun meydanına çıxmaq qərarına gəldiyini izah edib.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli utbolçu bildirib ki, tam hazır olmasa da, komandasına kömək etməyə ehtiyac duyduğu üçün meydana çıxıb. Onun sözlərinə görə, bu görüş “Santos” üçün böyük önəm daşıyırdı və o, komanda yoldaşlarını çətin anda tək buraxmaq istəməyib.
Neymar əlavə edib ki, bərpa prosesi davam edir və o, ən qısa zamanda tam qayıdış üçün çalışır.