- Offside
- 23:30 04.12.2025
Portuqaliya çempionatının 12-ci turunda “Portu” öz meydanında “Eştoril”i qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, matçın 8-ci dəqiqəsində Villiam Qomes fərqlənərək hesabı açıb. Tez qələbə qolundan sonra “Portu” bir qədər rahatlaşsa da, ilk yarıda “Eştoril” daha aktiv təsir bağışlayıb. Lakin qonaqlar hesabı bərabərləşdirə bilməyib. İkinci hissədə “Portu” tam üstünlüyü ələ alaraq rəqibi tam nəzarətə götürüb, lakin əlavə qol vurulmayıb.
Matç 1:0 hesabı ilə yekunlaşıb. Bu qələbə ilə “Portu” 12 turdan sonra 11 qələbə və 1 heç-heçə ilə liderliyini qoruyub. “Sportinq” 3 xalla geridədir, üçüncü “Benfika” isə 6 xal fərqlə izləyir. Növbəti turda “Benfika” və “Sportinq” üz-üzə gələcək, “Portu” isə liderliyini gücləndirmək imkanına malikdir.