5 dekabr 2025. Cümə

Voleybol Federasiyasının nümayəndəsi Çempionlar Liqasının oyununa təyinat alıb


  • Offside
  • 09:58 01.12.2025
  • Oxunma sayı: 44
Voleybol Federasiyasının nümayəndəsi Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.

90deqiqe.Az-ın məlumatına görə, o, qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin IV raundunda Yunanıstanın “Olimpiakos” və Türkiyənin “Əczaçıbaşı” klubları arasında keçiriləcək qarşılaşmada supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Dekabrın 2-də Yunanıstanın Piraeus şəhərində baş tutacaq oyunun hakimləri bolqarıstanlı Dobromir Dobrev və polşalı Matsey Tvardovski olacaq.







Offside