- Offside
- 23:30 04.12.2025
Argentinanın Mar del Plata şəhərində ucaldılmış Lionel Messinin heykəli naməlum şəxslər tərəfindən dağıdılıb.
90deqiqe.Az xəbər verir ki, hadisəni törədənlər millinin keçmiş futbolçusu Serxio Aqueronun abidəsinin qoyulmasını tələb ediblər.
Qeyd edək ki, Messi üçün nəzərdə tutulmuş heykəl Argentina yığmasının 2022-ci ildə Qətərdə əldə etdiyi dünya çempionluğuna həsr olunub.
Xatırladaq ki, 38 yaşlı ulduz hücumçu cari mövsümdə ABŞ-nin “İnter Mayami” klubunun heyətində meydana çıxdığı 41 matçda 38 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.