- Offside
- 23:30 04.12.2025
“Lakers”in lideri Luka Donçiç komandanın “Finiks”ə 108:125 hesabı ilə məğlub olmasına münasibət bildirib.
90deqiqe.Az-ın "NBA Analysis"ə istinadən məlumatına görə, superulduz uğursuz nəticənin məsuliyyətini öz üzərinə götürüb.
“Bu, tamamilə mənim günahımdır. Doqquz top itirmək olmaz. İkinci hissədə atış etmək əvəzinə komanda yoldaşlarını oyuna qatmağa çalışdım, amma doqquz itki — çox böyük rəqəmdir”, – Donçiç deyib.
Sloveniya basketbolçusu cari mövsümdə 16 matçda iştirak edib və oyuna 35,3 xal, 8,9 ribaund, 8,9 ötürmə, 0,6 blok və 1,6 top oğurluğu ilə statistik göstəricilər yazdırıb.