- Offside
- 23:30 04.12.2025
Dünyanın bir nömrəli tennisçisi, ispaniyalı Karlos Alkaras yanvarda start götürəcək Avstraliya Açıq turnirindən gözləntilərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Australian Open"un rəsmi saytına danışan ispaniyalı tennisçi "Böyük Dəbilqə" turnirlərində qalib gəlməyin əsas hədəfi olduğunu bildirib.
“Mənim üçün ən önəmli yarışlar Böyük Dəbilqə turnirləridir və onları mümkün qədər çox qazanmaq əsas məqsədimdir. "Australian Open" əla turnir olacaq. Səmimi deyim ki, bu, mənim üçün mövsümün ilk hədəfidir. Mövsümöncəsi hazırlıqlara gedəndə beynimdə dərhal Australian Open canlanır. Mövsümün ilk və ya ikinci turniri olmasına baxmayaraq, əsas məqsədim karyeramda Böyük Dəbilqəni qazanmaqdır. Mən onu tam toplamaq istəyirəm və əlbəttə ki, gələn il bunu etməyə çalışacağam. Əgər alınmasa, ümid edirəm ki, iki-üç dörd il ərzində bunu reallaşdıraram”.