- Offside
- 23:30 04.12.2025
Üçqat Olimpiya mükafatçısı və dördqat dünya çempionu, 35 yaşlı italiyalı biatlonçu Dorotea Virer İsveçin Östersund şəhərində keçirilən 2025/2026 mövsümünün Dünya Kubokunun ilk mərhələsində individual yarışda qalib gəlib.
90deqiqe.Az xəbər verir ki, dörd atəş mövqeyində Virer iki səhv buraxsa da, ikinci yerdəki idmançını cəmi 0,3 saniyə fərqlə qabaqlayıb. Nəticələr belədir:
Dorotea Virer (İtaliya) – 43:08,0 (iki səhv)
Sonya Leynamo (Finlandiya) +0,3 (1 səhv)
Kamil Benee (Fransa) +8,4 (1 səhv)
Ötən mövsümün Dünya Kuboku sahibi alıman biatlonçu Fransiska Proys isə Östersunddakı individual yarışda yalnız 29-cu yeri tutub və dörd səhv buraxıb.
Yarışda Norveç yığmasının ən yaxşı nəticəsini isə İngrid Landmark Tandrevold göstərərək 11-ci yeri tutub.