- Offside
- 23:30 04.12.2025
2025-ci il üçün Globe Soccer Awards tərəfindən dünyanın ən yaxşı futbolçusu mükafatına namizədlərin siyahısı açıqlanıb
90deqiqe.Az-ın məlumatına görə, mükafatın “Ən yaxşı oyunçu” nominasiyası üzrə finalçıların adları aşağıdakılardır:
Usman Dembelə, Dezire Duə (hər ikisi — PSJ)
Erlinq Haaland (“Mançester Siti”)
Əşrəf Hakimi (PSJ)
Vinisius Junior (“Real Madrid”)
Xviça Kvaratsxeliya (PSJ)
Robert Levandovski (“Barselona”)
Kilian Mbappe (“Real Madrid”)
Nunu Mendiş (PSJ)
Koul Palmer (“Çelsi”)
Pedri, Rafinya (hər ikisi — “Barselona”)
Məhəmməd Salah (“Liverpul”)
Vitinya (PSJ)
Lamin Yamal (“Barselona”)
Qeyd edək ki, Globe Soccer Awards-ın 2024-cü il üzrə “Dünyanın ən yaxşı futbolçusu” mükafatına Vinisius layiq görülmüşdü.