5 dekabr 2025. Cümə

Kori Qauf "Forbes"in “30 yaşınadək 30” reytinqində yer aldı


  • Offside
  • 12:56 03.12.2025
  • Oxunma sayı: 42
Kori Qauf "Forbes"in “30 yaşınadək 30” reytinqində yer aldı

Amerikalı tennisçi, dünyanın üçüncü raketkası Kori Qauf "Forbes" jurnalının “30 yaşınadək 30” siyahısına daxil edilib. 

90deqiqe.Az-ın məlumatına görə, “Forbes” jurnalı Qaufun dediklərini belə çatdırıb.

“Qalib gəlməyi çox sevsəm də, anlamağa vaxt lazım oldu ki, həyatın qalib və ya məğlub olmağından asılı deyil. Bir məqam gəlir ki, artıq özün üçün oynamağa başlayırsan.”

Populyar amerikalı nəşrin hazırladığı bu reytinqə hər il 20 kateqoriya üzrə 30 ən nüfuzlu və istedadlı gənc seçilir.

21 yaşlı tennisçinin aktivində iki “Böyük Dəbilqə” qalibiyyəti var. Amerikalı idmançı 2025-ci ildə “Roland Garros”, 2023-cü ildə isə ABŞ Açıq Çempionatının qalibi olub.







Offside