5 dekabr 2025. Cümə

"Araz-Naxçıvan"ın Portuqaliya klubu ilə cavab matçına təyinatlar açıqlandı


  • Offside
  • 14:21 03.12.2025
  • Oxunma sayı: 46
"Araz-Naxçıvan"ın Portuqaliya klubu ilə cavab matçına təyinatlar açıqlandı

Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Araz-Naxçıvan"ın "Benfika" (Portuqaliya) ilə cavab matçına təyinatlar açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, matçı serbiyalı hakimlər Petar Radoyçiç, Nikola Rabrenoviç və Yasmina Mikoska idarə edəcək.

Görüşün timekeeperi Srcan Mihayloviç (Serbiya), hakim-inspektoru Sven Eyxler (Almaniya), UEFA nümayəndəsi isə Tai Regel Pundik (Danimarka) olacaq.

Görüş dekabrın 5-də Lissabondakı "Pavilhao Fidelidade"də, saat 21:30-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb.







Offside