5 dekabr 2025. Cümə

“Neftçi”, “Ordu” və “Xilasedici”dən eyni hesablı qələbələr


  • Offside
  • 19:00 03.12.2025
  • Oxunma sayı: 48
“Neftçi”, “Ordu” və “Xilasedici”dən eyni hesablı qələbələr

Azərbaycan Yüksək Liqasının kişi voleybolçular arasında V turuna yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, günün oyunları müxtəlif arenalarda keçirilib.

Turun mərkəzi qarşılaşmalarından birində “Neftçi” Azərbaycan Voleybol Federasiyasının idman zalında “Azərreyl”lə üz-üzə gəlib və 3:1 hesablı qələbə qazanıb.

“Abşeron” Olimpiya İdman Kompleksində baş tutan digər matçda “Ordu” “Gənclər” komandasını 3:1 hesabı ilə məğlub edib.

Turun son oyunu Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib. “Xilasedici” – “Murov Az Terminal” görüşü də 3:1 hesabı ilə başa çatıb və qalib “Xilasedici” olub.







Offside