- Offside
- 23:30 04.12.2025
UEFA İcraiyyə Komitəsinin Nyon şəhərində keçirilən iclasında 2029-cu il qadınlar arasında futbol üzrə Avropa çempionatının keçiriləcəyi ölkə rəsmən müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, qərara əsasən, qitə birinciliyinə Almaniya ev sahibliyi edəcək.
Turnirin oyunları ölkənin əsas futbol şəhərlərində – Münxen, Dortmund, Köln, Frankfurt, Düsseldorf, Leyptsiq, Hannover və Volfsburqda təşkil olunacaq.
Ev sahibliyi uğrunda Almaniya ilə yanaşı Polşa, həmçinin Danimarka–İsveç birgə namizədliyi də yarışırdı.
Bu, Almaniyanın qadınlar arasında Avropa çempionatına üçüncü dəfə ev sahibliyi olacaq. Daha əvvəl ölkə 1989-cu və 2001-ci illərdə turniri təşkil edib.