5 dekabr 2025. Cümə

Neymar üç il yarımdan sonra ilk dəfə het-trik etdi


  • Offside
  • 10:14 04.12.2025
  • Oxunma sayı: 37
Neymar üç il yarımdan sonra ilk dəfə het-trik etdi

“Santos”un hücumçusu Neymar Braziliya çempionatının 37-ci turunda “Juvetude” üzərində qazanılan 3:0 hesablı qələbədə het-trik müəllifi olub.

90deqiqe.Az-ın məlumatına görə, beləliklə, 33 yaşlı futbolçu üç il yarımdan sonra ilk dəfə bir oyunda üç qol vurub.

Neymar sonuncu dəfə 2022-ci il aprelin 9-da Fransa Liqa 1-də “PSJ”nin heyətində “Klermon”la görüşdə het-trik etmişdi.

Qeyd edək ki, braziliyalı hücumçu bununla qol seriyasını üç matça çatdırıb. Bu müddətdə onun aktivində beş qol var.

Cari mövsümdə Neymar “Santos”un heyətində bütün turnirlər daxil olmaqla 29 oyunda meydana çıxıb, 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bundan əvvəl bildirilirdi ki, Neymar sol dizindəki menisk zədəsinə görə mövsümün sonunu buraxa bilər və 2025-ci ildə bir daha oynamaya bilər. Lakin daha sonra futbolçu zədəsinin ciddi olmadığını açıqlayaraq bu məlumatları təkzib edib.







Offside