5 dekabr 2025. Cümə

Azərbaycan klubu “Benfika” ilə oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib


  • Offside
  • 11:29 04.12.2025
  • Oxunma sayı: 27
Azərbaycan klubu “Benfika” ilə oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Portuqaliyada “Benfika” ilə qarşılaşacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib.

90deqiqe.Az xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç səfərə 2-si qapıçı olmaqla ümumilikdə 13 futzalçı aparıb.

Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli

Oyunçular: 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 10. Jean Perruzo, 21. Filipinyo, 98. Karlos Bertuola, 49. Valerio Ciovanni, 3. Qüdrət Qasımzadə, 29. Luicci Lonqo, 9. Alleks Rezende, 15. Aleks Teyşeyra.

Qeyd edək ki, dekabrın 5-də Lissabondakı "Pavilyao Fidelidade" arenasında keçiriləcək görüş Bakı vaxtı ilə 21:30-da başlayacaq. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.







Offside