- Offside
- 23:30 04.12.2025
“İnter Mayami”nin və Argentina yığmasının ulduzu Lionel Messi futbol meydanında emosional davranışının səbəblərindən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, "ESPN" ulduz futbolçunun dediklərini belə çatdırıb.
“Həqiqət budur ki, mən hər zaman meydanda bir az daha emosional olmuşam. Meydana çıxanda insanın xarakteri dəyişir. Meydandan kənarda utancaq və qapalı biri idim, amma oyunda tam fərqli olurdum – qışqırır, mübahisə edir, hər şeyi ideal etməyə çalışırdım. Bu, indi də davam edir. Oyunun bir hissəsidir. Həmişə qalib gəlmək istəyirəm və buna görə də həyəcanlanıram. Belə anlarda emosiyaları nəzarətdə saxlamaq olmur. Amma mənim üçün meydanda baş verən hər şey elə orada da qalır”
Qeyd edək ki, dekabrın 6-da “İnter Mayami” MLS Kubokunun finalında “Vankuver”lə qarşılaşacaq.