- Offside
- 23:30 04.12.2025
“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi qalib gəlmək həvəsi və karyerası barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, "ESPN" ulduz futbolçunun dediklərini belə çatdırıb.
“Həmişə rəqabətçi olmuşam. Qalib gəlmək mənə xoşdur və buna çalışıram. Karyeramda çətin və uğursuz dövrlər olub, amma həmişə qalxıb davam etmişəm. Həmişə ən yaxşıya can atmışam. Bir çox şeyləri indi daha yaxşı anlayıram və qiymətləndirirəm. Hər gün tam konsentrasiya ilə çalışmaq çətindir. Karyeram boyunca hər üç gündə bir oyun oynayırdım, həmişə vacib matçlar, həmişə böyük hədəflər uğrunda mübarizə. Bir kubok qazandıq – bir ay sonra başqa birini qazanmalı idik. Yeni mövsüm başlayır – və yenidən hər şeyi qazanmaq məqsədimiz var. “Barselona”, PSJ və Argentina millisində tələblər elədir ki, hər zaman qalib gəlməlisən”
Qeyd edək ki, Lionel Messi 8 dəfə “Qızıl Top” mükafatına layiq görülüb.