- Offside
- 19:12 05.12.2025
Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, federasiyasının rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə qurumun prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər.
İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər.