5 dekabr 2025. Cümə

Azərbaycan basketbol millisi beynəlxalq turnirdə Belarusu məğlub edib


  • Offside
  • 17:47 05.12.2025
  • Oxunma sayı: 35
Azərbaycan basketbol millisi beynəlxalq turnirdə Belarusu məğlub edib

Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 millisi Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan XXVIII beynəlxalq turnirdə keçirdiyi ilk oyunda qələbə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, yığma ilk görüşdə ev sahibi Belarusla qarşılaşıb.

Gərgin və maraqlı keçən matç millimizin 65:61 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turnir dekabrın 7-dək davam edəcək.







Offside